Levon Ter-Petrosyan etiraz edib Dünya

Levon Ter-Petrosyan etiraz edib

"Bəyannamə bizə beynəlxalq aləmlə problemlər yaradacaq".

Ermənistan Milli Konqresinin lideri və ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı qəbul edilən "Ümumerməni bəyannaməsi"nin qəbuluna görə hakimiyyəti sərt tənqid edib.
Ermənistan mediası xəbər verir ki, sabiq prezident "Ümumerməni bəyannamə"sinin ermənilərə problem yaradacağını bildirib:"Bu qəfil dönüşün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Həmin bəyannamə Qarabağ probleminin nizamlanmasında və erməni-türk münasibətlərində müəyyən maneələr törətməklə, bizə beynəlxalq aləmlə problemlər yaradacaq".
Qeyd edək ki, sözügedən sənəddə "erməni soyqırımı"nın tanınması, "Qərbi Ermənistan" və Osmanlı imperiyasında yaşayan ermənilərə maddi və mənəvi zərərə görə kompensasiyaların ödənilməsi, həmçinin Sevr müqaviləsində göstərilən sərhədlər çərçivəsində Ermənistanın ərazisinin genişləndirilməsi tələbləri yer alıb.
Levon Ter-Petrosyanın fikrincə, sənədə görə Ermənistanın hətta dost ölkələrin köməyini itirməsi qorxuları var.