Putindən etiraf Dünya

Putindən etiraf

Krım əməliyyatının sirləri bəlli olub

"Rusiya 1" telekanalı Andrey Kondraşovun çəkdiyi "Krım- Vətənə Yol" adlı sənədli filmini nümayiş etdirəcək. Filmdə dövlət başçısı Vladimir Putin Krımın Rusiya tərkibinə qaytarılması ilə bağlı keçirilən əməliyyatdan danışıb.
Tezliklə göstəriləcək ekran əsərində Putin Ukraynanın eks prezidenti Yanukoviçin unikal xilasetmə əməliyyatından danışır. Aydın olur ki, Ukrayna prezidenti məhz Krımdan xilas edilir. Ora çatanacan isə həyatını saxlamaq üçün qeyri adi marşrut keçir. "Mən xüsusi xidmət orqanları rəhbərlərini, həmçinin Müdafiə Nazirliyinin rəhbərlərini Kremlə dəvət etdim və onların qarşısında Ukrayna prezidentinin həyatını xilas etmək məsələsini qoydum. Yoxsa, onu məhv edərdilər. Orada böyuk kalibrli pulemyotlar qoyulmuşdu" - deyə Putin müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, ötən il fevralın 22-dən 23-nə keçən gecə idi və biz səhər saat 7 radələrində əməliyyatı bitirdik. Mən ayrılanda yoldaşlara dedim: "Biz Krımın Rusiya tərkibinə qaytarılması üçün işə başlamağa məcburuq".
Filmdə Krımın ilhaqı barədə də danışan Putin "xalq istəsə idi biz ərazini Ukrayna tərkibində saxlayardıq"- deyib. Putinin müsahibəsindən başqa yüzlərlə Krımlının danışığı, Krım əməliyyatının incəlikləri filmdə unikal kadrlarla əks olunub.