Ermənistanda siyasi böhran başladı Dünya

Ermənistanda siyasi böhran başladı

Ermənistan polisi tərəfindən həbs edilənlərə dəstək olmaq üçün Erməni Milli Konqresinin üzvləri parlament binasını tərk ediblər.
Bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.
Mətbuatın məlumatına görə, zalı tərk edən deputatlar Aram Manukyan, Stepan Dəmirçiyan, Qaqik Djanqiryan, Lyudmila Sərkisyan olublar.
Adı çəkilən deputatlar Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın tərəfdarlarıdır.
Qeyd edək ki, Gümrü şəhərinin meri Samvel Balasanyan da elektrik enerjisinin qiymətinin qaldırılmasının yanlış addım addım olduğunud eyib. Onun sözlərinə görə, erməni xalqının qanuni tələbi yerinə yetirilməlidir: "Gümrü şəhərinin vəziyyətini, xüsusilə də sosial şəraiti nəzərə alsaq, bu, ağır problemlərə gətirib çıxara bilər. Hüquq mühafizə orqanları tərəfindən istənilən müdaxilə qanun və Konstitusiyaya əsaslanmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda situasiya normala dönəcək".