“Sarkisyan bütün dünyanı aldada bilir” Dünya

“Sarkisyan bütün dünyanı aldada bilir”

Mübariz Əhmədoğlu: "Amma meydana çıxıb etiraz edən erməniləri aldada bilmədi"

Ermənistanın paytaxtı İrəvanda, Bağramyan prospektində elektrik qiymətlərinin bahalaşmasına qarşı edilən kütləvi etirazlar artıq 9 gündür davam edir. Ötən gecə sakit keçsə də, bəzi gərginliklər də nəzərə alınıb. Ermənistanda aksiyanın 1 həftədən çox davam etməsini şərh edən politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, prezident Serj Sarkisyan bütün dünyanı aldada bilir, amma meydana çıxıb etiraz edən erməniləri aldada bilmədi: "O ABŞ-ı, Rusiyanı, Avropanı, İranı aldada bilir, erməniləri isə yox. Sarkisyan təklif etdi ki, audit keçirilsin, auditə qədər isə xərclər kompensasiya şəklində dövlətin boynunda qalsın. Lakin ermənilər buna inanmayıb meydana çıxdılar".
Politoloq hesab edir ki, meydanda ciddi iş gedir, etirazçılar meydanı tərk etmir: "Dünəndən artıq yeni hərəkət yaradılıb. Etirazçılar Azadlıq Meydanını tərk edib Prezident Ofisinə və səfirliklərə yaxın olan Bağramyan prospektinə toplaşmaq istəyirlər. Elə hesab edirəm ki, mitinq zəifləsə də davam edəcək".
M.Əhmədoğlu qeyd edib ki, Ermənistanda hazırda baş verən proseslər mini Qarabağ məsələsi kimi Ermənistan üçün qəlizdir: "Necə ki, Qarabağ prosesində ermənilərin bir əli ABŞ-da, bir əli Rusiyada idi, elektrik qiymətlərinin bahalaşmasında da bu özünü göstərir".
İrəvanda baş verənləri Ukrayna hadisələri ilə müqayisə edən politoloq qeyd edib ki, Ermənistanda vəziyyət Maydana doğru gedir: "Əgər ABŞ-ın Ermənistandakı səfirliyi iki dəfə bəyanat verirsə, o bəyanatı Fransa səfirliyi də dəstəkləyirsə, deməli hadisələr Maydana bənzəyir. ABŞ səfirliyinin ikinci bəyanatında hüququn aliliyi prinsipi yox, demokratik prinsiplər əsas götürülüb. Meydana toplaşanlar qanunsuz toplaşıb, onların piket keçirməyə icazəsi yoxdur. Əgər ABŞ və Fransa bu prinsipi irəli sürürsə, onlar icazə verəcəklər ki, Ermənistandakı hadisələr Maydana bənzəsin".
Politoloq sonda qeyd edib ki, mitinqin təşkilatçıları Qərbin yetişdirdiyi adamlardır: "Bizdə necə ki, Nidaçılar var idi, Ermənistdandakılar da elə aşkarlanmamış, mötədil Nidaçılardır".

Əli