İsrail rəsmiləri ABŞ-ın yeni mövqeyindən narahatdır
18 Aprel 13:08
18 Aprel 13:08
18 Aprel 13:02
4 Dekabr 2023 11:42
2 541
Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) daha üç hərbçisi həlak olub.
Trend xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həlak olanlardan biri təcili hərbi xidmət keçən 19 yaşlı serjant, digər 2 hərbçi isə 22 və 36 yaşlı tədaüdçü mayorlardır.
Beləliklə, Qəzza zolağında quru əməliyyatında həlak olan İsrail hərbçilərinin sayı 75 nəfərə çatıb.
Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
18 Aprel 11:28
1 358
17 Aprel 19:39
1 862
17 Aprel 19:36
1 799