Bakıda evdən 2 min manatlıq avadanlıq oğurlayanlar saxlanılıb Hadisə

Bakıda evdən 2 min manatlıq avadanlıq oğurlayanlar saxlanılıb

Yanvarın 2-nə keçən gecə Nərimanov rayonu ərazisində evlərin birindən 2000 manat dəyərində santexnik avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Hacırəhim Rəhimov və Valeh Əsgərov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.