Rusiyanın Moskva vilayətində güclü yanğın baş verib Dünya

Rusiyanın Moskva vilayətində güclü yanğın baş verib

Rusiyada paytaxt Moskvanın yaxınlığındakı Puşkino şəhərində güclü yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, Sokolovskaya küçəsində yerləşən ət kombinatının ərazisində inzibati bina yanıb. Yanğın sahəsi min kvadratmetr təşkil edib.

“Saat 21:59-da açıq alovlanma söndürülüb”, - idarədən bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.