Böyük Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə zərbələr endirib Dünya

Böyük Britaniya və ABŞ Yəməndəki husi hədəflərinə zərbələr endirib

Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəmənin "Ənsar Allah" üsyançı hərəkatından olan husilərin hədəflərinə növbəti zərbə endirib.

Trend-in məlumatına görə, bu barədə hərəkatın nəzarətində olan “Al-Masirah” telekanalı bildirib.

Məlumata əsasən, hücuma Hudeydə vilayətinin Ras-İsa liman ərazisi məruz qalıb.

Hücumun nəticələri barədə məlumat verilməyib.