17 ölkənin gəncləri Azərbaycanda tolerantlıq, humanizm və erməni vandalizmini gördülər Hadisə

17 ölkənin gəncləri Azərbaycanda tolerantlıq, humanizm və erməni vandalizmini gördülər

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Türkiyənin 7 (www.haberx.com, www.adanamasasi.com, baskentpostasi.com, ankhaber.com, kastamonuhaberajansi.com, cnghaber.com, guvengazetesi.com.tr) nüfuzlu saytında dərc olunub.

"17 ölkənin gəncləri Azərbaycanda tolerantlıq, humanizm və erməni vandalizmini gördülər" başlıqlı yazıda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin UNICEF-in “Azərbaycanda multikulturalizm fənninin xaricdə və ölkənin universitetlərində tədrisi” layihəsinin davamı olaraq XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi “Mədəni irsə qarşı hərbi cinayətlər: Qarabağ münaqişəsinin tarixi kontekstində” mövzusundan bəhs olunub.

Yazıda qeyd olunub ki, 2022-ci il fevralın sonlarında 17 ölkədən (Türkiyə, Rusiya, İran, İtaliya, Almaniya, Koreya, Hindistan, Yaponiya, Rumıniya, Peru, ABŞ, Braziliya, Ukrayna və s.) 20-dən çox gənc XI Beynəlxalq Multikulturalizm Qış Məktəbi çərçivəsində işğaldan azad edilən torpaqlarımızda səfərdə olubar. Xarici gənclər erməni vandalizminin şahidi olublar, eyni zamanda Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin qorunduğu, xristian abidələrinin bərpasını görüblər. Bu sahədə Azərbaycanın uğurları barədə dolğun məlumatlar əldə ediblər.

Həmçinin gənclərin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, DQİDK sədrinin müavini Gündüz İsmayılovla görüşlərinə də toxunulub. Hər iki şəxs əcnəbilərə Azərbaycan dövləti tərəfindən azsaylı xalqlara, milli azlıqlara qayğı və diqqətindən geniş bilgi veriblər. A.Paşazadə qeyd edib ki, Azərbaycan dövləti çoxmillətli, çoxkonfessiyalı cəmiyyətimizi milli sərvət kimi dəyərləndirir, qoruyur, inkişaf etdirir və hərtərəfli dəstəkləyir. Bu siyasətin təminatçısı Azərbaycan Respublikasının Prezidentidir. Milli-mənəvi dəyərlərin inkişafı ilə bəşəri dəyərlərə hörmətlə yanaşan Azərbaycan dövləti ölkədə və dünyada bu istiqamətdə əməli səylər göstərir, beynəlxalq təşəbbüslər və layihələrlə çıxış edir, müxtəlif dinlərin, mənəviyyatların mövcudluğunu xalqa bəyan edir.

G.İsmayılov isə gənclərlə görüşündə qeyd edib ki, əhalinin 96 faizinin müsəlman olduğu Azərbaycanda bütün dinlərin - müsəlman, xristian, yəhudi və digər dinlərin nümayəndələri əsrlər boyu sülh və qardaşlıq şəraitində yaşayıb. Azərbaycanda yüzlərlə müsəlman, onlarla qeyri-müsəlman dini icmasının qeydiyyatdan keçdiyini qeyd edən İsmayılov bütün dinlərin və dini qurumların qanun qarşısında bərabər olduğunu bildirib. O vurğulayıb ki, heç bir din və hər hansı bir dini qurum başqalarından üstün və ya məhdudlaşdırıla bilməz. Bu kontekstdə Gündüz İsmayılov ölkəmizdəki dinlərarası harmoniyanın dünyada nadir tolerantlıq nümunəsi olduğunu vurğulayıb...

Yazının tam mətni aşağıdakı linklərdə:
https://www.haberx.com/post/732385/azerbaycan-da-17-ulkeden-gencler-hosgoru-humanizm-ve-ermeni-vandalizmi-gordu
https://www.adanamasasi.com/azerbaycan-da-17-ulkeden-gencler-hosgoru-humanizm-ve-ermeni-vandalizmi-gordu/28287/
https://baskentpostasi.com/haber/cok-kulturlu-degerler-ulkesi-azerbaycan-h13244.html
https://www.ankhaber.com/turk-yurdu-azerbaycana-cok-ozel-bir-gezi/
https://www.kastamonuhaberajansi.com/cok-kulturlu-degerler-ulkesi-azerbaycan-1255-haberi
https://cnghaber.com/haber/4696/cok-kulturlu-degerler-ulkesi-azerbaycan
http://www.guvengazetesi.com.tr/azerbaycan-da-17-ulkeden-gencler-hosgoru-humanizm-ve-ermeni-vandalizmini-gordu/5479/?fbclid=IwAR04aibBLpoJo5T4HWm2GQCip3RyMx2-vic4R9Kd8khMLVWQDvIdZcawh9Y