

“Kür çayı boyunca uzanan Tuqay meşələri ümumilikdə çay kənarı meşə tipi hesab edilir. Tuqay meşələri Kür, Araz, Alazan, Qabırrı, Ağrıçay vadilərində mövcuddur”.
Bunu Meşələrin İnkişafı Xidmətinin Meşəbərpa şöbəsinin müdiri Vahid Fərzəliyev bildirib. Onun sözlərinə görə, Tuqay meşələrinin bərpası ilə bağlı ciddi işlər görülür:
“Kür çayı kənarında Tuqay meşələri xüsusi əhəmiyyət kəsb edir. Biz aerokosmik görüntülərlə bağlı araşdırmalar aparırıq. Ümid edirəm ki, gələcəkdə Tuqay meşələrinin bərpası üçün ciddi işlər görəcəyik” – o qeyd edib.