Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
5 May 2022 11:45
3 885
Peyvənd olunmamış və yoluxmuş hər bir şəxs ətrafındakı insanlar üçün infeksiya mənbəyidir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, professor Hüseyn Qabulov deyib.
Onun sözlərinə görə, peyvəndlər immunitet sisteminə spesifik mikrob və viruslara qarşı lazımi qoruyucu antikor hüceyrələrinin yaranmasına kömək edir. Patogen mikroblar bədənə daxil olanda, bu hüceyrələr zərərli mikrobları tez və effektiv şəkildə tanıya və zərərsizləşdirə bilirlər.
"Bəzi insanlar xəstəlikdən sonra infeksiyaya qarşı immunitetin davamlı və "təbii" olduğuna inanırlar. Bir şəxs yoluxucu xəstəliyi nisbətən asanlıqla keçirsə belə (məsələn, pnevmokok, meningokok və ya hemofil infeksiyasını), ona qarşı immunnitet adətən qeyri-sabitdir və yoluxanlar yenidən xəstələnməmək üçün peyvəndlənməlidir.
Əgər insan peyvənd olunmazsa və xəstələnərsə, bu, ciddi fəsad, əlillik, beyin, qaraciyər və digər orqanların zədələnməsinə səbəb ola bilər. Vaxtında edilən peyvənd, əksinə, bizi bu cür arzuolunmaz nəticələrdən qoruyur.
Daha bir məqamı nəzərə almaq vacibdir ki, peyvənd olunmamış və yoluxmuş hər bir şəxs ətrafındakı insanlar üçün infeksiya mənbəyidir", - deyə o əlavə edib.
25 Sentyabr 18:21
1 120
25 Sentyabr 17:17
847
25 Sentyabr 17:16
805