"Dilənçilik edən 450 uşaq aşkar edilib" Hadisə

"Dilənçilik edən 450 uşaq aşkar edilib"

"Hesabat ili də uşaq əməyinin istismarının qarşısının alınması istiqamətində işlər davam etdirilib, ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkar edilib, müvafiq olaraq 95 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb".
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Uşaq alverinə qarşı mübarizə üzrə Milli koordinator, Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov parlamentdə illik hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, hesabat ilində insan alveri сinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət də məqsədyönlü xarakter daşıyıb.

"Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 156 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 43 cinayət qeydə alınıb", - o qeyd edib.
Milli koordinator axtarışda olan 26 təqsirləndirilən şəxsdən 12 nəfərinin tutulduğunu qeyd edərək, xarici dövlətlərdə gizlənən cinayətkarların ekstradisiyasının çətinlikləri barədə danışıb.
Bildirib ki, hesabat ilində 95 nəfər insan alveri qurbanı (94 qadın, 1 kişi) müəyyən edilib. O deyib ki, zərərçəkmişlərin reabilitasiyası və reinteqrasiyası üçün zəruri tədbirlərin görülməsi diqqətdə saxlanılıb, ümumilikdə qurbanların 8-i işlə təmin edilib, 23-ü peşə kursuna göndərilib, 56-sı ailəsinə qaytarılıb, 7-nə şəxsiyyəti təsdiq edən sənədlərin alınmasında köməklik göstərilib. Qurbanların uşaqları da diqqətdə saxlanılaraq 14 uşaq məktəbəqədər təhsil proqramına cəlb olunub, 9-nun atalığı müəyyən edilərək aliment alması, 15-nə doğum haqqında şəhadətnamənin verilməsi təmin olunub. Həmçinin hesabat ilində "152 Qaynar xətti"n proqram təminatı yenidən təkmilləşdirilib, daxil olan 4506 müraciət araşdırılaraq müvafiq tədbirlər görülüb.

Əli