4 Noyabr 15:45
ABŞ-da aviasiya böhranı səbəbilə uçuşlar tamamilə dayana bilər
ABŞ hökumətinin bağlanması ölkə tarixində ən uzunmüddətli bağlanma olub
Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri ilə görüşüb
Qətərin paytaxtı Dohada BMT-nin İkinci Dünya Sosial Sammiti keçirilir
TÜRKPA-nın Baş katibi TDT-nin Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb
17 May 2022 11:18
2 408
Azərbaycan Avropa İttifaqı (Aİ) üçün cəlbedici biznes tərəfdaşıdır.
Bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.
Onun sözlərinə görə, Aİ Azərbaycanın sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndirir.
Səfir qeyd edib ki, Aİ biznesə yardım çərçivəsində Azərbaycanda 25 min kiçik və orta müəssisəyə dəstək göstərəcək.
O əlavə edib ki, Azərbaycan həm də Aİ-nin başlıca enerji tərəfdaşlarından biridir və bu sektorda "Cənub Qaz Dəhlizi" böyük rol oynayır. Alternativ enerji sahəsində layihələrin inkişafı da böyük potensiala malikdir.
"Ötən ildən bəri Aİ ilə Azərbaycan arasında əlaqələr daha da möhkəmlənib ki, bunun da bariz nümunəsi Şarl Mişelin, Oliver Varhelinin Bakıya səfərləri və əlbəttə, Prezident İlham Əliyevin ötən ilin dekabrında Brüsseldə "Şərq tərəfdaşlığı" sammitində iştirak etməsidir", - deyə P.Mixalko bildirib.
4 Noyabr 19:29
1 106
4 Noyabr 18:02
1 176
4 Noyabr 17:48
1 141