Qafqazı hansı təhlükələr gözləyir? Hadisə

Qafqazı hansı təhlükələr gözləyir?

Ekspertlər regiondakı əsas problemləri təhlil edib

Cavid

Rusiyalı siyası ekspertlər Cənubi Qafqazdakı siyasi vəziyyəti müzakirə ediblər. Fikirlərə əsasən Azərbaycan digər ölkələrlə müqayisədə stabilliyini qoruyur. Ən az stabillik isə Ermənistandadır. Ərazidə iqitasdi problemlər var. Daha çox isə İslam ölkələri və Rusiyanın təzyiqi özünü açıq şəkildə biruzə verir.
RBC-nın məlumatına görə, "Minçenko Konsaltinq" tərəfindən hazırlanan "Zaqafqaziya Regionundakı siyasi risklər" məruzəsində qeyd olunub ki, Ukraynadkı gərginlik get-gedə Cənubi Qafqaza doğru irəliləyir. Bu ərazinin Rusiya üçün böyük əhəmiyyəti var.
Ərazidə daha çox Avropa və Asiyanı təmsil edən layihələrin toqquşması müşahidə olunur. Bu səbəbdən ekspertlər hesab edirlər ki, Qafqaz Regionunda istifadə olunacaq istənilən layihəyə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Mütəxəssislərin fikrincə, istənilən səhv münasibət, çoxdandır dondurulmuş hadisələri yenidən alovlandıra bilər.

Ölkələr üçün yeni təhlükələr

Mütəxəssislər belə hesab edirlər ki, regionda ən stabil ölkə Azərbaycandır. 40 ballıq sistemlə harda ki, 40 bal ən qeyri stabillik göstəricisidir, Azərbaycana 22 bal verilib. İkinci yerdə 25 balla Gürcüstan qərarlaşıb. Ermənistan isə 30 balla ilk üçlüyü qapayır. De fakto dövlətlər arasında isə Cənubi Osteiyadakı vəziyyət 23 bal, Abxaziyadakı vəziyyət isə 24 balla dəyərləndirilib. Ən aşağı stabillik Dağlıq Qarabağ ərazisindədir.
Ərazidə ən təhlükəli nöqtə kimi Dağlıq Qarabağ göstərilir. Azərbaycanla Ermənistan arasındakı bu münaqişə hər an alovlana bilər. Bundan başqa Gürcüstanda Avropayönümlü inkişaf istiqaməti də bu ərazini təhlükə obyektinə çevirir. İslam ölkələrinin də Qafqaza təzyiqi güclənməkdədir. Həm İran, həm də Türkiyə bu ərzidə ideoloji mübarizəsində yeni mərhələyə keçmək niyyətindədir.
Ərazinin makroiqtisadi stabilliyi də təhlükə altındadır. Sözü gedən ölkələrdə devalivasiya hadisəsi kapitalın ötürülməsi ilə bağlı müəyyən çətinliklər yaradır. İnvestisiya sahəsində bir sıra problemər var. Qafqaz ölkələrinin hər birində özünəməxsus sosial, daxili və xarici problemlər görünür. Ermənistanda kütləvi etirazlar, acınacaqlı iqtisadi vəziyyət Gürcüstanda da müxalifəti hərəkətə gətirib. Azərbaycanda isə İslam dini ilə bağlı İran və Türkiyənin maraqları toqquşub.


Azərbaycan: Azərbaycan iqtidarı möhkəm şəkildə ayaq üstə durmağa davam edir

Mütəxəsislər hesab edir ki, Azərbaycan iqtidarı möhkəm şəkildə ayaq üstə durmağa davam edir. Onların Azərbaycanda demək olar ki, layiqli rəqibi yoxdur. İlham Əliyev artıq 3-cü dəfə ölkə prezidenti seçilib. Onun ən yaxın izləyicisi isə ümumi seçiklərdə heç 5 faiz səs toplaya bilməyib. Payızda keçiriləcək parlament seçkiləri də ölkədəki siyasi vəziyyəti dəyişməyəcək. Məlumatda deyildiyi kimi, bu baxımdan Azərbaycan stabilliyi ilə seçilir.
Azərbaycanda iqtisadi vəziyyət isə möhkəmdir. İqtisadi inkişaf devalivasiya vəziyyətində belə öz gücünü qorumağı bacarmışdı və bu hal Azərbaycanda böyük fəsadlarsız müşahidə olunmuşdu. Ekspertlər hesab edir ki, ölkənin az sayda olan problemlərindən biri də iqtisadiyyatın şaxələndirilməməsidir. Qeyri-neft sektoru, sənaye istehsalında hələ 5% səviyyəsindən çox olmayıb.

Gürcüstan: Koalisiyanın bir növ uğursuzluğu

Gürcüstandakı vəziyyəti təhlil edən ekspertlər belə hesab edir ki, bu ölkə bir sıra sferalarda zəifdir. Hakimiyyətdə olan Koalisiya iqtisadi inkişafla bağlı tutarlı fakt ortaya qoya bilməz. Hazırda iqtidarla, eks prezident Mixael Saakaşvillinin "Vahid Milli Hərəkat" adı altında fəaliyyət göstərən müxalif qüvvə arasında gərginlik davam edir. Lakin bu mübarizənin daha böyük sferaya keçəcəyi inandırıcı görünmür. Ekspertlər belə hesab edir ki, tərəflər müəyyən çərçivələrdə bir-birlərinə güzəştə gedəcəklər. Ölkənin elitası da bu maraqları qorumaqdadır.
Daha böyük təhlükəni Gürcüstanın xarici siyasəti yarada bilər. Rəsmi Tibilisi və Rəsmi Moskva arasındakı münasibətlərin gedişhatı hələ də qeyri müəyyənliyini qoruyur. Bundan başqa ölkədə "Cihadçılar" hərəkatı get- gedə güclənməyə başlayıb. İslam tərəfinin ən tanınmış liderlərindən biri Omar aş Şişani (Tarxan Batiraşvilli) Pankisi dərəsənin təmsilçisidir.
Ölkədə iqtisadi vəziyyət də ürəkaçan deyl. Mütəxəsislər bildiriblər ki, kasıbçılıq və işsizlik, eyni zamanda iqtisadiyyatın inhisarlaşması ölkənin xroniki problemləri olaraq qalır. 2014-cü ildə larinin demonopolizasiyası, ölkədə monopoliyanı daha da gücləndirib. Xırda və orta boznesin payı isə cəmi 10 fazi təşkil edir.
Ötən ilki rəsmi məlumatlara görə, Gürcüstanda işsizliyin səviyyəsi 12.4 faziə bərabər olub. Avropa Birliyi ilə razılaşdırılmış anlaşmaya əsasən rəsmi Tibilisi kredit sistemi ilə bağlı böyük dəyişikliklərə getməyə vadar olunur.

Ermənistan: Rəsmi Moskva ilə tərəfdaşlıq testi

Ekspertlərin fikirincə, Ermənsitanda vəziyyət daha acınacaqlıdır. Bu ölkənin siyasi baxışlara görə Türkiyə və Azərbaycan tərəfindən izolasiya olunması daha çox diqqət mərkəzinə düşür. Məhz bu amil Ermənistanın inkişafına böyük zərbə vurur. Qarabağ probleminin uzanması və daxili iqtisadiyyatın zəifliyi yerlərdə etirazlara gətirib çıxarıb. Ölkə Rusiya ilə əməkdaşlığa daha çox can atır.
Ermənistan cəmiyyəti sosial siyası narazılıqlar baxımından daha çox əziyyət çəkir. Buna misal olaraq bütün 2014-cü ilin və 2015-ci ilin ilk hissəsinin etirazlarla müşahidə olunmasını göstərmək olar. İyunda ölkədə işiq pulunun qaldırılması ilə bağlı geniş etiraz aksiyları baş vermişdi.
Regiondakı digər iki ölkədən fərqli olaraq Ermənistan Rusiya ilə münasibətlərə daha çox önəm verir. Ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Ölkəyə gətirilən xarici investisiyaların yarısından çoxu Rusiyanın payına düşür. Ölkədəki strateji obyektlərin böyük əksəriyyəti isə Rusiyaya məxsusdur. "Cənubi Qafqaz Dəmir Yolu" ASC tamami ilə Rusiya şirkəti "Rusiya Dəmir Yolları" ASC-yə məxsusdur. Rusiyanın "Qasprom" şirkəti "Qasprom Armeniya"nın yeganə səhmdarıdır. "Ermənistan Elektrik Şəbəkəsi" isə Rusiyanın nəhəng enerji şirkəti olan "İnter RAO"-nun törəməsidir.
Lakin iyun hadisələri göstərdi ki, Rusiyadan asılı olan şirkətlərin tariflə bağlı yeni qərarları ölkədə əhali arasında narazılıqlar yaradır. Bu isə ikitərəfli münasibətləri gərginləşdirir. Bu hadisələr zamanı Ermənsitanın xarici siyasətdə Rusiya yönümlü olması böyük narazılıqlarla qarşılanır, deyə məlumatda bildirilib.
Rusiyanın Ermənistandakı fəaliyyətinin yaxşılaşdırılmaması Yerevan və Moskva rasındakı münasibətləri poza bilər. Bu da ki regional təhlükəsilik baxımında Ermənistana sərf etmir. (Bu zaman Dağlıq Qarabağ münaqişəsi daha da gərginləşə bilər.)
Ermənistandakı siyasi vəziyyət iqtisadi inkişafdan çox asılıdır. 2014-cü ilin noyabr ayında valyutanın düşməsi də ölkədə böyük narazılıqla qarşılanmışdı. Ölkənin böyük əksəriyyəti xaricdən ötürülən vəsait hesabına yaşayır ki, son zamanlar da bu sefrada düşüş müşahidə olunur. Ötən illə müqayisədə ölkəyə gələn gəlir 50 milyon Amerika Dolları civarında fərq yaratmışdı. Ölkəyə ixrac olunan kapitalın böyük əksəriyyəti ABŞ-dan göndərilir. Rusiaydan gələn gəlir isə bir ildə 56 faiz azalıb.

Moskva: Stabillik leyhinədir

Ümumilikdə isə "Minçenko Konsaltinq" şirkətinin prezidenti Yevgeniya Minçenkonun fikrincə, rəsmi Moskva Cənubi Qafqazdakı hazırkı sakitliyin tərəfdarıdır: "Rusiya bu əraizdə stabilliyin saxlanılmasında maraqlıdır". Lakin buna baxmayaraq Rusiya, bunun Qafqaza mənfi təsiri olsa belə, Qərblə münasibətlərinə güzəştə getmək niyyətində deyl.
Cənubi Qafqazdakı vəziyyəti araşıdıran Brukinqs İnistutunun iyunda işıq üzü görən "Qafqaz dairəsini izləyərkən" adlı məruzəsində də bildirilmişdi ki, Rusiyanın Krımı özünə birləşdirməsi və eləcə də Donbas ətrafındakı fəaliyyəti Qafqaz regionuna təsirsiz ötüşməyəcək: "Qafqazın hər üç ölkəsi bir sıra sferalarda birbaşa Rusiyaya bağlıdır." Bu səbədən də mütəxəsislər hesab edir ki, Rusiya hər üç ölkəni öz maraqları dairəsində saxlamağa can atır. Bu fonda hər 3 ölkə ABŞ və Avropa İttifaqının onlara qarşı elə də isti olmayan münasibətindən gileylənir. Qərb Cənubi Qafqaz ölkələrinin maraqlarına bir növ biganə yanaşır.