Esenboğa Beynəlxalq Hava Limanının yük dövriyyəsi açıqlanıb Hadisə

Esenboğa Beynəlxalq Hava Limanının yük dövriyyəsi açıqlanıb

2022-ci ilin may ayında Türkiyənin Ankara şəhərində yerləşən Esenboğa Beynəlxalq Hava Limanının yük dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 71 faiz artaraq 33 min 357 ton təşkil edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, may ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 41 faiz artaraq, 22 min 26 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə (1,9 dəfə artaraq), 11 min 331 təşkil edib.

Bu ilin may ayında hava limanına gələn sərnişinlərin sayı 2021-ci ilin eyni dövrünə nəzərən 77 artaraq, 3 milyon 172 min 249 nəfər olub. Bununla yanaşı, 2022-ci ilin may ayında daxili reyslər üzrə sərnişin dövriyyəsi 62 faiz artaraq 2 milyon 597 min 58 nəfər, beynəlxalq reyslər üzrə isə (2 dəfə artaraq) 575 min 191 təşkil edib.

Məlumata əsasən, hava limanından 2022-ci ilin may ayında həyata keçirilən uçuşların sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 45 faiz artaraq, 27 min 335 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 33 faiz artaraq 21 min 376, beynəlxalq reyslər üzrə isə (1,1 dəfə artaraq) 5 min 959 olub.

2022-ci ilin may ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 56 milyon 987 min 895 nəfər, yük dövriyyəsi isə 1 milyon 388 min 522 ton təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 128 milyon 387 min 569 nəfər, yük dövriyyəsi isə 3 milyon 358 min 769 ton təşkil edib.