Yenidənqurma və bərpa işləri Qarabağı turistlər üçün cəlbedici məkana çevirəcək - Aparat rəhbərinin müavini Hadisə

Yenidənqurma və bərpa işləri Qarabağı turistlər üçün cəlbedici məkana çevirəcək - Aparat rəhbərinin müavini

Azərbaycanda turizmin inkişafı üçün geniş potensial mövcuddur. Qarabağ turizm üçün gözəl məkandır. Hazırda aparılan yenidənqurma və bərpa işləri Qarabağı turistlər üçün cəlbedici məkana çevirəcək.

Bunu Azərbaycan və Rumıniya Hökumətlərarası Komissiyanın iclasında Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini Cəlil Məlikov deyib.
O qeyd edib ki, Rumıniya ilə turizm sahəsində münasibətləri inkişaf etdirmək üçün geniş potensial var: "Turizm sənayesinin nümayəndələri arasında görüşlərin keçirilməsi Azərbaycan və Rumıniya arasında bu sahədə əməkdaşlığın inkişafı üçün vacibdir", - C.Məlikov vurğulayıb.