Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
19 Avqust 2022 14:53
2 961
Enerji menecment sisteminə dair tələblər təsdiq edilib.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, qərar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 359-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 avqust tarixli 1433 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.
Sənəd “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektlərinə könüllülük prinsipi əsasında enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutan enerji menecment sistemini yaratmaq hüququ verir.
Enerji menecment sisteminin yaradılması, tətbiqi, işlək vəziyyətdə saxlanılması və daim təkmilləşdirilməsi İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının əsasında qəbul edilmiş dövlət standartına uyğun həyata keçirilir.
Bundan irəli gələrək, İqtisadiyyat Nazirliyinə Energetika Nazirliyi ilə birgə enerji menecment sisteminə dair beynəlxalq standartını (İSO 50001 “Enerji menecment sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər”) dövlət standartı kimi təsdiq etməsi tapşırılmışdır.
31 Oktyabr 20:55
1 057
31 Oktyabr 19:15
1 134
31 Oktyabr 18:26
1 141