Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
23 Avqust 2022 15:52
3 164
Avqust ayının 22-də saat 20:00-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu əlindəki bağlamanı ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İİR istiqamətinə qaçıb.
Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 (bir) ədəd bağlamada təxmini çəkisi 4 kq 570 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


25 Sentyabr 18:21
1 225
25 Sentyabr 17:17
966
25 Sentyabr 17:16
931