Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
14 Dekabr 2022 15:21
3 171
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtobus zolaqları ilə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru Araz Əsgərli Trend-ə açıqlamasında bildirib ki, paytaxt ərazisində ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə sürücülərdən avtobus zolaqlarının tələblərinə ciddi şəkildə riayət etmək xahiş olunur:
"Əks təqdirdə hər bir sürücü bilməlidir ki, təyinatı üzrə öz zolağı ilə hərəkət etməyib, avtobus zolağına daxil olduqda bu əməl İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, yəni nişanın tələbinin pozulması kimi qiymətləndirilərək 40 manat məbləğində cərimə nəzərdə tutur. Qayda pozuntularının aşkarlanması paytaxtın küçə və prospektlərində əsasən xüsusi texniki vasitələrlə avtomatik rejimdə tətbiq olunur. Lakin paytaxtın Qara Qarayev, Məhəmməd Hadi, Atatürk və Ziya Bünyadov kimi nəqliyyatın daha da intensiv olduğu ərazilərdə əlavə naryadlar cəlb olunmaqla ərazi üzrə nəzarət edilir. Avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmaq, inzibati məsuliyyət yaradan hallardan çəkinmək və nəticədə paytaxt yollarında nəqliyyat axının səmərəli formada hərəkətini təşkil etməklə nəqliyyat ehtiyaclarının ödənilməsi və yollarda əlavə yüklənmənin olmaması üçün hər bir sürücüdən anlayışlı münasibət tələb olunur”.
25 Sentyabr 18:21
1 113
25 Sentyabr 17:17
840
25 Sentyabr 17:16
798