27 İyul 14:20
27 İyul 14:16
10 Yanvar 2023 10:20
1 967
Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 40, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
27 İyul 22:44
483
27 İyul 18:55
553
27 İyul 17:44
728