27 İyul 14:20
27 İyul 14:16
27 Yanvar 2023 09:00
2 527
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Aftandil Axundov saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Naqan" tipli revolver və həmin silaha məxsus 5 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



27 İyul 22:44
637
27 İyul 18:55
630
27 İyul 17:44
770