Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Azərbaycan Ağsaqqallar Şurası tədbir keçirib

Azərbaycan Ağsaqqallar Şurası tədbir keçirib Hadisə

Azərbaycan Ağsaqqallar Şurası tədbir keçirib

Fəttah Heydərov: "Ordumuz böyük uğur qazanıb, öz gücünü göstərib"

Dünən Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Azərbaycan-Ermənistan təmas xəttində baş verən hadisələrlə bağlı tədbir keçirilib. Tədbirdə cəbhədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkiliFəttah Heydərov açıb. O bildirib ki, cəbhədə son günlər baş verənlərlə bağlı Azərbaycan ağsaqqalları böyük fəxarət hissi keçirir: "Vaxtilə Azərbaycanın səriştəsiz rəhbərlərinin günahı ucbatından torpaqlarımız işğal olunub. Lakin bu gün Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşib. Heç bir qüvvə Azərbaycanın birliyini sarsıda bilməz. Bu gücün, bu siyasətin nəticəsində İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımız Azərbaycana qaytarılacaq".
F. Heydərov əlavə edib ki, Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli həlli üçün ilk addımlar atılıb: "Ordumuz böyük uğur qazanıb, öz gücünü, öz cəsarətini göstərib. Dünya miqyasında bizim qələbəmiz tanındı. Bütün dünyaDağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğuna bir daha inandı. Azərbaycan istənilən məsələdə öz haqq işini müdafiə etməyə qadir olduğunu göstərdi. Bizim prezidentimiz hər zaman deyir ki, bizim güclü, müasir ordumuz var. Son hadisələr bu fikri həqiqətə çevirdi".
Millət vəkili qeyd edib ki, Azərbaycan regionda sülh istəyir: "Azərbaycan regionda müharibə istəmir. Belə bir zamanda bizim səbrimizdən istifadə edən yağı düşmən işğal etdikləri ərazilərdə sakit dayanmadı. Bizim cəbhəyanı ərazilərimizə, mülki əhalimizə atəş açdılar. Biz şəhidlər verdik, qələbə olan yerdə şəhidlər də olmalıdır. Düşmən gücümüzü hiss etdi, bunu gördü".
F. Heydərov onu da qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin heç kimin ianəsinə ehtiyacı yoxdur: "Silahlı Qüvvələrimiz dövlətin, prezidentimizin böyük qayğısı ilə əhatə olunub".
Tədbirdə çıxış akademik Teymur Bünyadov qeyd edib ki, cəbhədə son baş verən hadisələrin fonunda insanlar, gənclər ruhlanıb: "Bu gün gənclərin qarşısını almaq mümkün deyil. Bu, böyük başlanğıcdır. Dünya, habelə bizim nankor düşmənlərimiz gördü ki, biz kimik. Onlar bizim gücümüzü gördülər. Çox çəkməz, çox yaxın vaxtlarda daha böyük uğurlar qazanacağıq".
Tədbirdə çıxış edən digər şura üzvləri də Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə son uğurlarından ruhlandıqlarını, böyük qürur hissi keçirdiklərini qeyd ediblər.