Misir səfiri Azərbaycanın nüfuzlu təşkilatına Fəxri Üzv seçilib Hadisə

Misir səfiri Azərbaycanın nüfuzlu təşkilatına Fəxri Üzv seçilib

Misirdən olan investorların Azərbaycana cəlb edilməsi üçün böyük imkanlar yaranıb. Bunu Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Hişam Mohamed Naqi Abdel Hamid Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) təmsilçiləri ilə keçirilən görüşdə bildirib. Səfir 2 ölkə arasında tikinti sektorunda əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

​ATMİA-nın icraçı direktoru Şahanə Sarı ticarət missiyalarının təşkili, inşaat sahəsində innovasiyaların dünyaya tanıdılması baxımından ATMİA-nın yetərincə resursunun olduğunu diqqətə çatdırıb. Misir səfiri ATMİA-nın Fəxri Üzvü seçildiyinə görə məmnunluğunu ifadə edib.