 
                
                
                
             
                
                
                
            Beynəlxalq Miqrasiya Təşkilatı Cəbrayılda 11 kəhrizi bərpa edəcək
Narkoloji Mərkəzin həbsdə olan direktoru və müavininə hökm oxunub
Vladanka Andreeva: Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd“ layihələri təqdirəlayiqdir
Ermənistanın gələn il üçün büdcəsində Naxçıvana gedən dəmir yolunun təmirinə vəsait ayrılmayıb
Təhsil ictimaiyyəti ilə məktəbəqədər və ümumi təhsil müzakirə olunub
 15 May  2023 12:28
15 May  2023 12:28 2 499
2 499
Beynəlxalq axtarışa verilmiş şəxs Ukraynadan Azərbaycana ekstradisiya edilib.
Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Ukraynanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Elşən Qasımovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.
Belə ki, Sabirabad rayon Polis şöbəsində istintaq olunan cinayət işi üzrə Elşən Qasımovun Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq) maddələrində nəzərdə tutulan əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Elşən Qasımov Ukrayna Respublikası ərazisində saxlanılaraq mayın 14-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    