

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı, Azərbaycan Respublikasının Niderland Krallığındaki səfirliyi tədbir təşkil edib.
Haaqa şəhərində baş tutan tədbirə, diplomatik korpusların nümayəndələri, senatorlar, tarixçilər, tədqiqatçı alimlər, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri qatılıblar.
Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Rəhman Mustafayev, Ulu Öndər Heydər Əliyevin siyası fəaliyyətindən danışaraq, Ulu Öndərin, Azərbaycanın çətin dövründə Vətənimizin Xilaskarı kimi tarixə düşdüyündən danışıb.
Cənab səfir, Sovet dönəmindən sonrakı siyası və iqtisadı böhran, Azərbaycanın payına düşən Qarabağ müharibəsinin məşəqqəti, bu müharibə üzündən qaçqın düşmüş insanların aqibətinin həlli Ulu Öndərimizin ən əsas işi olduğunu vurğulayıb.
O, həmçini, qısa zaman ərzində Vətənimizin inkişaf perspektivi, iqtisadı və siyasi yüksəlişlərin, məhz , Ulu Öndərin uzaqgörən siyasətinin bəhrəsi olduğunu qeyd edib.
Tədbir, öz işini, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmlə davam etdirib.
Ulu Öndər Heydər Əliyevə həsr edilmiş fotosərgi qonaqların marağına səbəb olub.
Azərbaycanın əməkdar artisti, pianoçu- bəstəkar İsfar Sarabskinin öz kollektivi ilə Ulu Öndərin 100 illik yubileyinə ithaf etmiş konserti qonaqlar arasında rezonans yaradıb.
Caz, etnocaz kompozisiyarı, xalq mahnısı Sarı Gəlin və digər bəstəkar mahnıları qonaqlar tərəfindən rəğbətlə qarşılandı. Tarzən Bəhruz Zeynalın virtuoz ifası dinləyicilərə xüsusi zövq bəxş edib.
Tədbir, qonaqların fikir mübadiləsi və diskusiyarı ilə öz işinə yekun vurub.
Benilüks Azərbaycanlıları Konqresi/Benelux Azerbaijanis Congress nümayəndələrinin tədbirə dəvət etdikləri üçün, Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinə öz minnətdarlığını bildirir.
Cavid