Azərbaycana köhnə avtomobil gətirənlərin nəzərinə: Bu qədər utilizasiya haqqı ödəyəcəksiniz Hadisə

Azərbaycana köhnə avtomobil gətirənlərin nəzərinə: Bu qədər utilizasiya haqqı ödəyəcəksiniz

Azərbaycanda köhnə avtomobillərin idxalı zamanə ödəniləcək utilizasiya haqqının ilkin məbləğləri müəyyən edilib.

Trend-in məlumatına görə, bunu “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin eksperti Mirzə Lahıcov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyin müzakirəsi zaman deyib.

Onun sözlərinə görə, 1-3 il istehsalı müddəti olan avtomobillərin üçün ümumiyyətlə utilizasiya haqqı nəzərdə tutulmayıb. “4 ildən 7 ilə qədər istehsal müddəti olan avtomobillər üçün 400 manat, 7 ildən yuxarı avtomobillər üçün isə 700 manat utilizasiya haqqı nəzərdə tutulur. Lakin bu rəqəmlər hələki dəqiq deyil, bu istiqamətdə müzakirələr davam etdirilir və dəyişə bilər”, - deyə o əlavə edib.

Qeyd edək ki, "İstehsalat və məişət tullantıları haqqında" qanuna təklif edilən dəyişkliyə əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi, həmçinin nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı nəqliyyat vasitələrinin utilizasiyası fonduna utilizasiya haqqı ödənilir.