Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
18 İyun 2023 14:15
7 553
Qüdrət Həsənquliyev: “Mediamız məhdud imkanlarıyla sözün keşiyində dayanmağı bacaran, peşəsinə sədaqətlə xidmət edən bir fikir adamını, Qarabağ, Kəlbəcər vəfalı övladını, Azərbaycanımız isə ona təmənnasız xidmət edən xeyirxah, ləyaqətli övladını itirdi”
Azərbaycan mediasında öz dəst-xətti, prinsipial mövqeyi ilə jurnalist, xeyirxah insan, vətənsevər ziyalı, əziz dostum Zülfüqar Hüseynzadənin vaxtsız ölümü məni dərindən kədərləndirdi.
Bu sözləri xalqcebhesi.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev qismətinə gənc yaşlarında köçkün həyatının əzabına, yurd itkisinin nisgilinə qatlaşmaq düşən Zülfüqar Hüseynzadənin qəlbinin hər zaman Qarabağ sevgisi ilə döyündüyünü bildirib: “Zülfüqar bəy Qarabağı, Kəlbəcəri canı qədər sevirdi. Zülfüqar bəyin gözlərini dünyaya göz açdığı doğma Kəlbəcərdə yumması, bəlkə də onun yurduna, ocağına olan sərhədsiz sevgisinin taleyinə yazdığı qismətdir. Çox heyf... Zülfüqar bəyin doğmalarıyla, Qarabağla, Kəlbəcərlə, rəhbərlik etdiyi moderator.az saytı ilə bağlı nə qədər arzuları yarımçıq qaldı. Zülfüqar Hüseynzadəni tanıyan hər kəsin onun vaxtsız vəfatından sarsıldığını düşünürəm. Hər birimiz üçün ağır itki oldu. Mediamız məhdud imkanlarıyla sözün keşiyində dayanmağı bacaran, peşəsinə sədaqətlə xidmət edən bir fikir adamını, Qarabağ, Kəlbəcər vəfalı övladını, Azərbaycanımız isə ona təmənnasız xidmət edən xeyirxah, ləyaqətli övladını itirdi...
Zülfüqar bəyin doğmalarına və yaxınlarına, onu sevən hər kəsə dərin dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.
25 Sentyabr 18:21
1 120
25 Sentyabr 17:17
847
25 Sentyabr 17:16
805