
44 günlük savaşda ermənilərin vurduğu ziyanın həcmi...
11 Fevral 23:12
11 Fevral 23:12
11 Fevral 22:17
11 Fevral 20:03
11 Fevral 19:33
Azərbaycanda da müəyyən ölkələrlə müqayisədə bahadır. Amma bu ölkələrin sayı çox deyil.
Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, Azərbaycanda dərman qiymətləri ən çox Türkiyə ilə müqayisə edilir.
“Türkiyənin dərmanlarının 80 faizindən çox hissəsi özünün daxili istehsalıdır. Bundan əlavə qiymətlərlə bağlı yanaşma fərqlidir. Misal üçün Türkiyədə bir avro 26 lirədirsə, dərman qiymətləri üçün 14-15 lirə göstərilir. Yəni 50 faizə qədəri dövlət dotasiyası hesabına ödənilir”, - deyə o qeyd edib.
R.İsmayılov vurğulayıb ki, dərman qiymətlərinin tənzimlənməsi mexanizmi ilə bağlı çox ciddi müzakirələr gedir.
“Bizim müvafiq qurumlarla çox ciddi müzakirələrimiz gedir, qiymətqoyma mexanizmi ilə bağlı təkliflərimiz var. Hazırda bir neçə hesablama metodu hazırlayırıq. Çalışacağıq ki, bizim hesablama mexanizmimiz tətbiq edilsin. Hazırkı dərman qiymətlərini hesablama mexanizmi qalarsa belə, istinad ölkələrinin düzgün seçilməsi vacibdir", - R.İsmayılov bildirib.
Nazir müavini dərman qiymətlərinin Taarif Şurası tərəfindən tənzimlənməsini də vacib hesab edib:
"Əgər idxalçılar bilsələr ki, dərman qiymətləri Taarif Şurası tərəfindən tənzimlənmir, daha yüksək qiymətlər təklif edə bilərlər. Ona görə də dərman qiymətləri Taarif Şurası tərəfindən tənzimlənməlidir”, - deyə o əlavə edib.