ABŞ-dən İrana aviasiya zərbəsi: Sentyabrın 23-dən beynəlxalq uçuşlar dayanır Dünya

ABŞ-dən İrana aviasiya zərbəsi: Sentyabrın 23-dən beynəlxalq uçuşlar dayanır

Tətbiq edilən sanksiyalara görə sentyabrın 23-dən bütün İran aviaşirkətləri beynəlxalq uçuşları dayandıracaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə naziri Skott Bessent bildirib.

Təyyarələrə xarici hava limanlarında yanacaq və yerüstü xidmət verilməyəcək, bilet satışı bloklanacaq. Bu qaydanı pozan şirkətlər dollar sistemindən çıxarılma riski ilə üzləşəcəklər. Prezident Donald Trampın tapşırığı ilə Vaşinqton İranla hər cür əməkdaşlığı dayandırmaq üçün dünya liderlərinə təzyiqləri artırır.

Məryəm Quliyeva