Tramp Rusiyanın dizel istehsalına nəzarəti itirdiyini düşünür Gündəm

Tramp Rusiyanın dizel istehsalına nəzarəti itirdiyini düşünür

ABŞ Prezidenti Donald Tramp birinci gün Rusiyanın dizel istehsalına nəzarəti itirdiyi barədə fikirlərini bölüşüb.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

"Rusiya, təəssüf ki, Ukrayna ilə müharibəyə görə dizel istehsalına nəzarəti itirib", - deyə o, qeyd edib.

O, çoxlu sayda neft emalı zavodunun müvəqqəti olaraq fəaliyyət göstərmədiyini bildirib.

"Heç cür bitmək bilməyən bu gülünc müharibəni dayandırmaq lazımdır. Bütün dünya əziyyət çəkir", — deyə Tramp əlavə edib.

Məryəm Quliyeva