“Tanrıçılıq türk xalqlarının dinidir” Hadisə

“Tanrıçılıq türk xalqlarının dinidir”

“Tanrıçılıq türk xalqlarının dinidir. Bu haqda Musa Kalankatlu yazıb”.

Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri tarix elmləri doktoru Həsən Həsənov Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda keçirilən seminarda deyib.

Tarixçi qeyd edib ki, İslam dini gələndə Azərbaycan ərazisində yaşayan tanrıçılar maneəsiz o dini qəbul edirdilər: “Xristianların isə bəziləri qəbul edirdi. Amma Albaniyada xristianların sayı azalıb. Ona görə də bir qolu ermənilər tərəfə keçib erməniləşib, digər qolu isə gürcüləşib. Bu haqda ilk dəfə 1967-68-ci ildə Ziya Bünyadov yazıb. O, yazanda ki, müasir ermənilər xristianlaşmış albanlardırlar o zaman Ziya Bünyadovun üstünə düşüb onu məhv etmək istədilər”.

Röya İsrafilova