17:31
504
Son 12 saat ərzində Səudiyyə Ərəbistanı tərəfindən Yəmənin şimalındakı Saada əyalətində yerləşən yaşayış məntəqələrinə 130-dan çox raket və mərmi atılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yəmənin üsyançı "Ənsar Allah" (husi) hərəkatının nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, atəş davam edir. Ez-Zahir və Heydan rayonlarındakı yaşayış məntəqələri zərbələrə məruz qalıb.
Öz növbəsində "Al Hadath" telekanalı husilərlə şiddətli toqquşmalardan sonra Yəmənin hökumət qüvvələrinin Taiz əyalətinin cənubunda və qərbində bir sıra mövqelərə nəzarəti bərpa etdiyini xəbər verib.
Məryəm Quliyeva