İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
24 İyun 2023 16:01
2 772
Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretlərin satış məqsədilə saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.
“APA-Economics” DGK mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsi Nehrəm qəsəbəsi ərazisində saxlanılıb və keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası ilə markalanmayan, ümumi sayı 35350 qutu (707000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.