“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
7 Sentyabr 2023 10:36
2 030
Dünəndən etibarən "Bakı Metropoliteni" QSC-də pilot layihə kimi ilk dəfə bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən ödəniş edə bilərlər.
Hələlik sərnişinlər bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bir ay texniki məşvərətlər, yoxlamalar, sərnişin məmnuniyyətinin hesablanması və digər məsələlərə baxıldıqdan sonra "Avtovağzal", "Memar Əcəmi", sonra isə yaşıl və qırmızı xəttin stansiyalarında da bu sistemin tətbiqinə başlanılacaq.
"Telefon hər zaman üstümüzdə olduğundan plastik kartı almağa və üstümüzdə gəzdirməyə ehtiyac yoxdur", - deyə o qeyd edib
Qeyd edək ki, “BakıKart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, QR yaradın düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minumum 1 manat olduğuna əmin olun. Belə ki QR bilet yaradıldıqda pul kisəsinin balansından 1 manat bloklaşdırılır və QR biletdən ictimai nəqliyyatda istifadə etdikdən sonra gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və geriyə qalan məbləğ pul kisəsinə qaytarılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazının kamerasına və ya metroda turniketin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır.
Hər bir QR kod unikaldır. 1 gediş üçün keçərlidir və yaradıldığı andan 5 dəqiqə ərzində etibarlıdır. QR bilet 5 dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır.
1 Noyabr 17:46
1 687
1 Noyabr 14:21
1 680
31 Oktyabr 20:55
2 107