Bakcell-dən yenilik Hadisə

Bakcell-dən yenilik

Abunəçilər fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçə biləcəklər

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçilərinin qayğısına qalaraq onların rahatlığını təmin etmək məqsədilə yeni fürsət təqdim edir. Belə ki, 26 sentyabr 2016-cı il tarixindən etibarən Bakcell abunəçilərinə fakturasız xətt tarif paketlərindən fakturalı xətt tarif paketlərinə keçid imkanı təklif edəcək. Bu təklif abunəçilərə zəng etmək yolu ilə təqdim olunacaq. Zəng olunacaq abunəçilərə aylıq abunə haqqı olan tarif paketlərindən biri təklif ediləcək və abunəçilər yalnız onlara təklif olunan tarif paketinə keçid edə biləcəklər. Bu imkandan yalnız "Bakcell"dən zəng qəbul etmiş abunəçilər yararlana biləcəklər. Bu keçidlə bağlı abunəçidən hər hansı müqavilə imzalamaq və ya keçid haqqı ödəmək tələb olunmur. Abunəçi fakturasız xətdəki tarif paketindən fakturalı xətdəki tarif paketinə keçidi özünün keçid ediləcək nömrəsinə gələn SMS-ə verəcəyi cavab SMS-i vasitəsilə təsdiq edəcək. Tarif paketlərinin keçidi zamanı abunəçiyə təqdim olunan məlumata əsasən həmin nömrədə abunəçinin qəbul etdiyi tarif paketinin aylıq abunə haqqı həcmində və əlavə olaraq 10 AZN məbləğində kredit limiti ayrıla bilər. Tarif paketlərinin keçidi aşağıdakı qaydada baş tutacaq:
Abunəçiyə "Bakcell"in (055) 6199964 nömrəsindən zəng ediləcək və abunəçiyə fakturalı xətdəki aylıq abunə haqqı 9 AZN, 15 AZN, 25 AZN, 50 AZN və ya 85 AZN olan tarif paketlərindən birinə keçid etmək təklif olunacaq;
Abunəçi razılıq verdiyi təqdirdə, onun razılığını təsdiq etmək üçün abunəçinin nömrəsinə təklif olunan tarif paketinə uyğun aşağıda qeyd olunan nömrələrdən müvafiq SMS göndəriləcək:
9 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5116 nömrəsindən;
15 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5117 nömrəsindən;
25 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5118 nömrəsindən;
50 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5119 nömrəsindən;
85 AZN aylıq abunə haqqı olan tarif paketi üçün 5120 nömrəsindən.
Abunəçi razı olduğunu təsdiq etmək üçün müvafiq nömrədən gələn SMS-ə "1" yazıb göndərməlidir;
Abunəçi təsdiq SMS-i göndərdikdən bir neçə dəqiqə sonra mövcud tarif paketinin dəyişdirilməsi baş verəcək.
Abunəçi müvafiq keçiddən sonra istədiyi zaman "Bakcell"in müştəri xidmətlərinə yaxınlaşıb müvafiq sənədləri təqdim etmək və müvafiq xidmət haqqını ödəmək şərtilə fakturasız xəttə geri qayıda bilər. Bakcell şirkəti yaxın gələcəkdə bu prosesə yeni tarif paketlərini əlavə etməklə öz abunəçilərini sevindirəcək. Tarif paketlərinə keçidlə bağlı yaranan hər hansı suala abunəçilər "Bakcell"in müştəri xidmətlərinə müraciət etməklə, 555 nömrəsinə zəng vurmaqla və ya SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər.