![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)

26 İyul 18:03
2024-cü ilin yanvar ayında Türkiyənin İrana kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 8,4 faiz artaraq, 50,9 milyon dollara bərabər olub.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da deyiblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 30,6 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi maddə ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq, 30,6 milyard dollara bərabər olub.
2023-cü ilin dekabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur.