Rusiyanın Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Azərbaycan parataekvondoçusu dünya reytinq cədvəlinə başçılıq edir
Masazır dairəsindən paytaxt istiqamətində avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Azərbaycanlı aşpaz dünya kulinariya çempionatında ilk üçlükdə yer aldı
Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb
26 Fevral 2024 12:04
2 464
Sumqayıt və Bakı arasında dəmir yolunda kifayət qədər sərnişin sıxlığı var.
"APA-Economics" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, ötən ilin əvvəlində günlük 24 min sərnişin daşındığı halda, bu rəqəm indi 30 mindən çoxdur. Sərnişin qatarlarındakı sıxlıq bununla bağlıdır.
O deyib ki, qatarların gecikməsi dünyanın hər yerində baş verir:
"Soyuq və qeyri-normal hava şəraitində belə problemlər yarana bilir. Bununla bağlı əsas səbəb dəmiryolu infrastrukturunun çox köhnə olmasıdır. Bakı dairəvi dəmir yolunda elektrik sistemi ötən əsrin 20-ci illərində qurulub. Modernizasiya olunsa da, yolun əsaslı və yenidən təmirə ehtiyac var. Hazırda bunun layihəsi hazırlanır. Yolun tamamilə yenidən qurulması planlaşdırılır", - deyə ADY sədri əlavə edib.