Böyük Britaniyanın keçmiş naziri baş nazir vəzifəsinə namizədliyini irəli sürməyə hazırdır Gündəm

Böyük Britaniyanın keçmiş naziri baş nazir vəzifəsinə namizədliyini irəli sürməyə hazırdır

Böyük Britaniyanın keçmiş səhiyyə naziri Uez Striting Leyboristlər Partiyasının lideri seçkilərində iştirak etmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı siyasətçinin köməkçilərinə istinadən məlumat yayıb.

Telekanalın mənbəsi bildirib: "Uez iştirak edir, onun dəstəyi var, o, iddialı namizəd olacaq". Mənbə izah edib ki, Striting Böyük Mançesterin keçmiş meri Endi Bernemin heç bir mübarizə aparmadan hakim partiyanın lideri və bununla bərabər həm də baş nazir olması vəziyyətindən qaçmaq istəyir.

Məryəm Quliyeva