Qətərin Baş naziri ABŞ və İranın razılığa gəlmək əzmində olduğunu bəyan edib Gündəm

Qətərin Baş naziri ABŞ və İranın razılığa gəlmək əzmində olduğunu bəyan edib

Yaxın Şərqdə hər hansı gərginlik ABŞ və İran arasındakı danışıqların gedişatına təsir göstərə bilər, lakin tərəflər razılıq əldə etmək əzmindədirlər.

Xalqcebhesi.az xəbər verir ki, bunu İsveçrədə Vaşinqton və Tehran arasındakı danışıqlarda vasitəçi kimi çıxış edən Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani bəyan edib.

"Regionda istənilən gərginlik — istər Livanda, istərsə də başqa bir yerdə olsun — danışıqlara təsir edəcək. Danışıqlar prosesini pozmaq istəyən qüvvələr var, lakin biz hər iki iştirakçının tərəfindən həll yolu tapmaq üçün ciddi bir niyyət gördük", — deyə o, "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

Qətər hökuməti başçısının sözlərinə görə, Doha tərəfdaşları ilə birlikdə Yaxın Şərqdə gərginliyin qarşısını almaq üçün bir mexanizm hazırlayıb ki, bu da hər hansı insidentləri münaqişəyə çevrilmədən öncə ram etməyə imkan verəcək.

Məryəm Quliyeva