15:17
826
İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.
Bu barədə İran Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasi məlumat verib.
Abbasi İran Prezidentin səfərinin sabah baş tutacağını və böyük ehtimalla bir gün davam edəcəyini bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi əvvəlki ikitərəfli görüşlər zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə etmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq, həmçinin İran Prezidentinin şəxsən ABŞ və İran arasında vasitəçilik səylərinə görə Pakistan rəhbərliyinə öz təşəkkürünü çatdırmaqdır.