14:26
707
Livan Prezidenti Cozef Aun bütün regional cəbhələrdə, o cümlədən Livanın cənubunda atəşkəs rejiminin gücləndirilməsi istiqamətində ABŞ və Qətərin göstərdiyi səyləri dəstəkləyib.
Xalqcebhesi.az xəbər verir ki, respublika rəhbərinin dəftərxanasının məlumatına görə, Aun ABŞ-ın vitse-prezidenti Cey Di Vens, Amerika liderinin kürəkəni Cared Kuşner, həmçinin Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə telefon danışıqları aparıb.
Dəftərxana tərəfindən yayılan mətndə deyilir: "Keçirilən söhbətlər zamanı hərbi əməliyyatların yenidən başlamasının qarşısını almaq məqsədilə koordinasiya qurumunun yaradılması imkanları müzakirə olunub. Prezident Aun davamlı barışığa töhfə verəcək bütün tədbirləri bəyənib və atəşkəsə nəzarət mexanizminin hazırlanmasını dəstəkləyib".
Məryəm Quliyeva