Vens: İranla sülhə nail olunmazsa, ABŞ-ın bir çox variantı var Gündəm

Vens: İranla sülhə nail olunmazsa, ABŞ-ın bir çox variantı var

İranla tənzimləməyə nail olmaq mümkün olmasa, Amerika Birləşmiş Ştatları administrasiyasının əlində bir çox fəaliyyət variantı var.

Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens Bürgenstokda İran, Qətər, Pakistan və ABŞ-ın iştirakı ilə keçirilən danışıqların yekunlarına dair jurnalistlər qarşısında çıxış edərkən bəyan edib.

"Aydındır ki, xəbərlərdə əsas diqqət ABŞ və İran arasında baş verənlərə yönəlib, lakin bu region artıq çox uzun müddətdir ki, acınacaqlı vəziyyətdədir və ABŞ Prezidenti Donald Tramp qarşımıza bünövrə qoymaq və davamlı sülhə nail olub-oluna bilməyəcəyimizi görmək vəzifəsini qoyub. Əgər bu baş tutmasa, ABŞ prezidentinin Amerikanın təhlükəsizlik sahəsindəki məqsədlərinə çatması üçün hələ də bir çox variantı qalır, lakin hazırda o, bizim üçün məhz bu yolu müəyyən edib və biz işimizi davam etdirərək nələrə nail ola biləcəyimizə baxacağıq", — deyə o qeyd edib. Vens söhbətin məhz hansı variantlardan getdiyini dəqiqləşdirməyib.

Məryəm Quliyeva