Avstraliyada Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub Hadisə

Avstraliyada Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub

zərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Pert şəhərində Milli Məclisin nümayəndə heyətinin iştirakı ilə qeyd edilib.
MM-dən verilən məlumata görə, Azərbaycan Milli Məclisi ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins çıxışında Sovet İttifaqının süqutundan sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və 1991-ci il dekabrın 26-da Avstraliyanın Azərbaycan Respublikasının müstəqilliyini tanımasından danışıb. Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov ölkənin siyasi, iqtisadi uğurlarını qeyd edərək iki ölkə arasında bütün sahələrdə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlardan bəhs edb. S. Seyidov yığıncaq iştirakçılarına Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstədiklərini bildirib. Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond da çıxış edib.
Tədbir ziyafətlə davam edib.