İqtisad Universitetində Almaniyada təhsil imkanları barədə təqdimat Hadisə

İqtisad Universitetində Almaniyada təhsil imkanları barədə təqdimat

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqdimatı keçirilib. UNEC-dən bildirilib ki, təqdimatda DAAD-ın Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Stefani Düfo tələbələrə Almaniyanın ali təhsil müəssisələrində təqaüd və qrant proqramları çərçivəsində təhsil almaq və alman dili üzrə yay məktəblərində iştirak etmək üçün yaradılan imkanlar barədə geniş məlumat verib. UNEC-in doktorant və gənc alimləri ilə də görüşən S.Düfo, onlara Almaniyadakı ali təhsil müəssisələrində, elmi-tədqiqat institutlarında tədqiqat aparılması barədə danışıb, müsabiqənin şərtlərini açıqlayıb.
S.Düfo bildirib ki, 2016/2017-ci tədris ili üçün magistratura proqramlarına və alman dili üzrə yay məktəblərinə qəbulla bağlı müraciətlər noyabrın 1-dək, tədqiqatçılar üçün isə noyabrın 15-dək davam edəcək. Qeyd edək ki, DAAD-ın Bakıdakı Məlumat Mərkəzinin fəaliyyəti və proqramları haqqında məlumatlar https://www.daad.de/miniwebs/icbaku/az/ internet səhifəsində yerləşdirilir. UNEC-in beynəlxalq proqramları və layihələri barədə məlumatları http://unec.edu.az/mubadile-proqramlari-11/ linkindən əldə etmək olar.