Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək Hadisə

Bağça müdiri vəzifəsinə qəbul üçün imtahan keçiriləcək

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək.

Bu barədə Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, martın 30-da keçiriləcək test imtahanı mərhələsində ümumilikdə 565 namizəd iştirak edəcək.