Torpağımıza geri döndüyümüz üçün çox sevinirik - Füzuli sakini Hadisə

Torpağımıza geri döndüyümüz üçün çox sevinirik - Füzuli sakini

Torpağımıza geri döndüyümüz üçün çox sevinirik.

Bunu Trend-ə açıqlamasında Füzuli sakini Leyli Şirinova deyib.

"Oradan çox pis halda çıxdıq. Ancaq indi böyük sevinc və qürur hissi ilə geri qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin", - deyə o bildirib.
Qeyd edək ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı martın 29-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb.