Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
16 Aprel 2024 14:12
2 366
10 yaşlı Nərmin Qulieyvanı öldürməkdə təqsirləndirilərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun apellyasiya şikayətinə yeni məhkəmə tərkibində baxılacaq.
Trend-in məlumatına görə, buna səbəb Gəncə Apellyasiya Məhkəməsində prosesə sədrlik edən hakim Teyyub Muxtarovun yeni təyinat almasıdır.
Yeni təyinata əsasən, o fəaliyyətini Ali Məhkəmədə davam etdirəcək.
Gəncə Apellyasiya Məhkəməsində yeni məhkəmə tərkibi müəyyən edildikdən sonra İlkin Süleymanovun apellyasiya şikayətinə baxılacaq.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
25 Sentyabr 18:21
1 092
25 Sentyabr 17:17
819
25 Sentyabr 17:16
777