“Ünvanlı dövlət sosial yardım məsələləri ilə bağlı problemlər var” Hadisə

“Ünvanlı dövlət sosial yardım məsələləri ilə bağlı problemlər var”

“Sosial xidmətlər agentliyi və yaşı keçmiş şəhid ailələrinə mənzillərin verilməsi və ünvanlı dövlət sosial yardım məsələləri ilə bağlı problemlər var”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib. Nurullayev əlavə olaraq rəsmi qurumlara göndərdiyi müraciətlərə cavabların verilmədiyini bildirib.
Spiker Sahibə Qafarova isə Milli Məclis Aparatına Razi Nurullayevin göndərdiyi məktubların araşdırılmasını və müraciətlərə cavab verməyən qurumlarla bağlı iş aparılması ilə bağlı tapşırıq verib.