Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
24 İyun 2024 13:01
3 605
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na 2024–2025-ci tədris ili üçün sənəd qəbulu başa çatıb.
Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Dövlət Proqramına 16 ölkənin 103 ali təhsil müəssisəsi üzrə 835 namizəd müraciət edib. 209 nəfər bakalavriat, 626 nəfər isə magistratura səviyyəsi üzrə müraciət edib.
Daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, ABŞ, Türkiyə, İtaliya, Almaniya, daha çox müraciət olunan ixtisas istiqamətləri sırasında isə informasiya texnologiyaları, dövlət idarəetməsi, statistika və verilənlərin təhlili, mühəndislik, maliyyə yer alır.
Bununla yanaşı, Dövlət Proqramına dünyanın ən yaxşı universitetləri üzrə top-10-da yer alan ali təhsil müəssisələrinə qəbul üçün müraciət sayı 150-dən çoxdur.
Sənədlərin ekspertizası bitdikdən sonra müsahibələrin həyata keçirilməsi və ilkin nəticələrin iyul ayında elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində hər il 80-i bakalavriat, 320-si magistratura üzrə olmaqla ümumilikdə 400 nəfərədək Azərbaycan Respublikası vətəndaşının təhsilinin maliyyələşdirilməsi üçün yer ayrılır.
25 Sentyabr 18:21
1 169
25 Sentyabr 17:17
903
25 Sentyabr 17:16
861