30 Oktyabr 18:52
30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
24 İyun 2024 17:07
3 472
Ortastatistik abituriyent fənlər üzrə təhsil proqramının yalnız 27-56 faizini mənimsəyir.
APA xəbər verir ki, bu barədə «Abituriyent» jurnalının 12-ci nömrəsində qeyd edilib. Bildirilib ki, ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ayrılıqda ortastatistik portreti müəyyənləşdirilib.
Belə ki, Azərbaycan bölməsində ortastatistik abituriyent I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 40.59, riyaziyyatdan 27.45, ingilis dilindən 41.00%-nə, II mərhələdə ana dilindən 53.90, ədəbiyyatdan 47.10, riyaziyyatdan 29.36, fizikadan 31.38, kimyadan 30.48, biologiyadan 45.86, tarixdən 32.90, informatikadan 38.42, coğrafiyadan 28.45%-inə düzgün cavab verib.
Rus bölməsində ortastatistik abituriyent isə I mərhələdə ana dili fənnindən test tapşırıqlarının 55.42, riyaziyyatdan 29.83, ingilis dilindən 56.28%-nə, II mərhələdə ana dilindən 52.53, ədəbiyyatdan 46.47, riyaziyyatdan 29.90, fizikadan 29.64, kimyadan 30.09, biologiyadan 40.02, tarixdən 25.10, informatikadan 37.22, coğrafiyadan 26.90%-ni düzgün cavablandırıb.
Jurnalda qeyd edilib ki, test tapşırıqlarının təhsil proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, ortastatistik məzun təhsil proqramının 44–73%-ni mənimsəmir. Bu isə ümumi təhsil müəssisələrinin böyük qismində tədris prosesinin normal aparılmamasından, tələbkarlığın zəifliyindən, ən başlıcası isə müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olmasından və tədris prosesində yeni təlim üsulları və texnologiyalarından istifadə edə bilməməsindən irəli gəlir. Odur ki, bu sahədə həyata keçirilməsi vacib olan digər tədbirlərlə yanaşı, müəllimlərin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələləri diqqət mərkəzində olmalıdır. Qeyd olunanlarla yanaşı, abituriyentləri yüksək nəticələr qazanan qabaqcıl rayonların, məktəblərin, eləcə də yüksək nəticələri ilə fərqlənən müəllimlərin qabaqcıl təcrübəsi öyrənilməli və yayılmalıdır.
30 Oktyabr 19:58
987
30 Oktyabr 16:44
1 162
30 Oktyabr 16:18
1 155